|
Prezidentin Aftandil İsrafilovla bağlı sərəncamı

Prezident İlham Əliyev xalq artisti, tanınmış qarmon ustası Aftandil İsrafilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.
Cia.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncamda deyilir: 
"Azərbaycanda musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə Aftandil Eynulla oğlu İsrafilov “Şöhrət” ordeni ilə təltif edilsin". 

Cia.az