|
“Çelsi”nin futbolçusu La Liqa klubunda

İspaniyanın "Malaqa" klubu heyətinə daha bir futbolçu cəlb edib.
La Liqa təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Kristian Atsunu icarəyə götürüb.

24 yaşlı qanalı futbolçu mövsümün sonuna qədər “Malaqa”da çıxış edəcək.
Qeyd edək ki, Atsu mövsümün  əvvəlindən  icarə əsasında "Bornmut"da oynayırdı.

Cia.az