|
"Borussiya" Obameyanqı satmayacaq
"Borussiya" bir çox klubun maraq dairəsində olan futbolçusu Pyer-Emerik Obameyanqla bağlı yekun qərarını verib.
Qol.Az-ın Almaniya mətbuatına istiandən yaydığı xəbərə görə, Dortmund təmsilçisinin icraçı direktoru Hans-Yoahim Vatske deyib ki, qabonlu hücumçunun satmayacaqlar:
 
"100 milyon avro təklif etsələr belə Obameyanqı satmayacağıq".
 
Qeyd edək ki, Obameyanq bu mövsüm bundesliqada 18 qolla bombardirlər siyahısının ilk pilləsində yer alır. Onun "Borussiya" ilə müqaviləsi 2020-ci ildə başa çatır.
 
Xatırladaq ki, İngiltərə klublarından birinin Obameyanq üçün 100 milyon avro ödəməyə hazır olduğu iddia edilir.
Cia.az