Virtualaz.org saytı Azərbaycanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumata əsasən xəbər verir ki, Tayvanda keçirilmiş regional seçkilər ilə əlaqədar KİV-in sorğusunu cavablandıran XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:
«Azərbaycan Respublikasının vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır. Azərbaycan vahid Çin prinsipinə uyğun olaraq, beynəlxalq hüquq çərçivəsində məsələnin sülh yolu ilə inkişafını və nizamlanmasını dəstəkləyir».
Cia.az
