Sabah prezident İlham Əliyevin sədrliyi ilə Bakıda rayon icra hakimiyyətləri başçılarının toplantısı keçiriləcək.
Cia.az xəbər verir ki, toplantıda regionların sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək, görülmüş işlərə dair hesabatlar dinləniləcək və bu il üçün həyata keçiriləcək proqramların təhlili aparılacaq.
Tədbirdə hökumət üzvləri də iştirak edəcək.
Cia.az
