|
“Gözəlçə” filminin davamı çəkiləcək

“Son zamanlar “Gözəlçə” filminin ikinci hissəsinin çəkilişləri barədə düşünürəm. Lakin layihənin uğurlu olub-olmayacağını bilmirəm”.

“Gözəlçə” filminin davamını çəkmək istəyən aktyor Riçard Girin sosial şəbəkələrdə paylaşdığı bu sözlər qısa zamanda bir milyondan çox insan tərəfindən bəyənilib. Pərəstişkarlarının bu xəbəri çox müsbət qarşılamasından təsirlənən R.Gir tezliklə bu fikri reallaşdırmağı düşünür.

Filmin ilk hissəsinin çəkilişləri 14 milyon dollara başa gəlib. Film yaradıcı heyətə yarım milyarda yaxın qazanc, həmçinin ən yaxşı qadın roluna görə Julia Robertsə “Qızıl Qlobus” qazandırıb.

İlk olaraq filmdə çəkilmək üçün Denzel Vaşinqton, Al Paçino, Kim Besincer, Şeron Stoun kimi ulduzlar dəvət olunsalar da, yekunda rejissor Harri Marşall Riçard Gir və Julia Robertsin namizədliyi üzərində dayanır. Filmin ilkin ssenaridən fərqli olaraq xoşbəxt sonluqla bitməsində məhz bu cütlüyün arasındakı isti münasibətlər əsas rol oynayıb.

Cia.az