|
“Odlar yurdu” universitetindən seyfi oğurlayan dəstənin bir üzvü tutuldu

Virtualaz.org saytına Nərimanov rayon Polis İdarəsindən verilən məlumata əsasən, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl “Odlar Yurdu” Universitetindən içərisində 500 min manat olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin üzvlərindən biri - 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb.

Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Xatırladaq ki, hadisə yanvarın 9-da qeydə alınmışdı. “Odlar Yurdu” Universitetindən içərisində 500 min manat olan seyf naməlum şəraitdə oğurlanmışdı.

Cia.az