|
Balıq pulcuğunun inanılmaz faydası

Balığın insan orqanizminin sağlamlığı üçün önəmindən danışmağa ehtiyac yoxdur. Hər kəs bu dəniz canlısının sağlamlığa xeyrini az-çox bilir. Bəs, balıq bişirərkən təmizlədiyimiz pulcuqların da xeyrinin olduğunu bilirdinizmi?

AZƏRTAC haber7.com-a istinadla xəbər verir ki, yaponiyalı alim Kohei Kihara balığın pulcuğunun şəfa qaynağı olduğunu söyləyib. Yaponların yemək bişirərkən balığın bütün hissələrini istifadə etdiklərini vurğulayan K.Kihara deyib: “Balığın üzərindəki pulcuq çox qiymətlidir. Tərkibində bol kalsium və fosfat var. Bu isə oynaqlara çox xeyirdi, dərmanı əvəz edir. Bir sözlə, balıq pulcuğu yaşlı insanların oynaq ağrılarının şəfasıdır. Biz yaponlar adətən pulcuqları toz halına gətiririk və su ilə qarışdırıb içirik. Həmçinin ondan hazırlanan maskalar üzü də yumşaq saxlayır”.

Cia.az