|
Gündə 1 ovuc qoz yeməyin 3 faydası

Qoz ən faydalı çərəzlərdən biridir. Mütəxəssislər gündə bir ovuc qoz yeməyin sağlamlıq üçün çox faydalı olduğunu bildirirlər.

Bəs görəsən, hər gün bir ovuc qoz yeyəndə orqanizmdə nələr baş verir?

1. Xolesterinin səviyyəsini aşağı salır

Yaşı 25-75 arasında dəyişən 112 iştirakçı üzərində aparılan araşdırma göstərib ki, hər gün təxminən, 60 qram qoz yedikdə xolesterinin səviyyəsi aşağı enir.

Qoz, həmçinin qan damarlarını qoruyur, beldəki piyi əridir. Qozun tərkibindəki omeqa­3 turşusu ürək sağlamlığı üçün əvəzedilməzdir.

2. Yaddaşı gücləndirir

2012-ci ildə “Alzheimer’s Disease” jurnalında yayımlanan araşdırma nəticələrinə görə, gündə bir ovuc qoz yeyərək yaddaşı gücləndirmək mümkündür.

Qoz beynin funksiyalarını inkişaf etdirir, yaşlı insanlarda müşahidə edilən yaddaşsızlıq probleminin qarşısını alır. Qoz yeyərək alzaymerə yaxalanmaq riskini azaltmaq olar.

3. Təzyiqə qarşı faydalıdır

Alimlər qida menyusunda qoza yer verən insanların hətta stressə məruz qaldıqda belə təzyiqlərinin sabit qaldığını müşahidə ediblər. Qoz tərkibindəki yağlar sayəsində təzyiqi aşağı salır.

Cia.az