Maddi çətinliyin hökm sürdüyü bu dövrdə yeni geyimlər almağa çox çətinlik çəkirsiniz. Bu il geyindiyiniz qış geyimlərinizi gələn il də geyinmək istəyirsinizsə, onları yığışdırarkən Aile.lent.az-ın bu qaydalarına əməl edin.
Təmizləyin
Bir neçə aya təmizlənməyən ləkələr qalıcı hala gəlir, ən yaxşısı qış geyimlərini yığışdırmadan əvvəl yuyub təmizləməkdir.
Düzgün qatlayın
Tikiş yerlərindən qatlamasanız, bir neçə ayda çox dərinləşən qırışları açmaq üçün geyimlərinizi korlaya bilərsiniz.
Pambıq parçlara sarıyın
Plastik qutular hav keçirmir, karbon qutular həşərat basır. Ən yaxşısı qış geyimlərini təmiz pambıq parçlara sarıyıb aradan qaldırmaqdır. Həm nəfəs alacaq, həm də rütubətlənməzlər.
Tozdan uzaq, rütubətsiz bir yerdə saxlayın
Qış geyimlərini sərin amma rütubətsiz bir yerdə saxlamalısınız. Əks halda geyimləriniz kiflənir. Rütubətin həşəratların dolmasına zəmin yaratdığını unutmayın.
Doğru asılqan istifadə edin
Palto, kurtka kimi ağır geyimləri taxta asılqanlara taxın.
Naftalin və ya lavanda
Qış geyimlərinin arasına naftalin ya da lavanda qoymağı unutmayın. Naftalini diqqətli istifadə edin. Hər parça üçün uyğun seçim olmaya bilər.
Cia.az
