AFFA, PFL və CBC Sport televiziya kanalının birgə təşkilatçılığı ilə keçirilən “CBC Sport kuboku”na yekun vurulub.
Son oyun günündə bir qarşılaşma keçirilib.
I divizion təmsilçiləri “Şərurspor” və MOİK üz-üzə gəlib. Görüşdən 3:0 hesablı qələbə ilə ayrılan MOİK turniri pillədə başa vurub.
Qeyd edək ki, “CBC Sport” kubokunun qalibi “Neftçi”, ikinci pillənin sahibi isə AZAL olub.
24 yanvar
"Şərurspor" - MOİK 0:3
Qol: Rəfael Qəvami,8, Pərvin Paşayev,81, Fərid Kərimzadə,90+2
Bakı. "Bayıl Arena"
Cia.az
