|
Bakıda cinayət:
Bakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıb. 
Lent.az-ın məlumatına görə, Badamdar sakini, 1977-ci il təvəllüdlü Vəliyev Nizami Qurban oğlu 41-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə kimsənin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərəni sındıraraq yataq otağına daxil olub. Otaqdakı dolabdan ümumi dəyəri 5 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb. 
Müraciət əsasında araşdırma aparılır.
Cia.az