|
Meksika körfəzində neft platformasında yanğın baş verib
Meksika körfəzinin cənub hissəsində yerləşən neft platformasının maşın şöbəsində yanğın baş verib.
Bu barədə Meksikanın “Pemex” şirkətinin “Twitter” səhifəsində məlumat verilib.
Zərərçəkənlər barədə məlumat yoxdur. Üç gəmi vasitəsi ilə platformadan 97 nəfər təxliyə edilib.
Qeyd olunur ki, platforma hələ ki, əməliyyat işləri aparmadığından neft yayılması və ya sızması olmayıb.
 
“Pemex” yanğının nəzarət altında olduğu qeyd edir.
Cia.az