|
Nikaraqua sahillərində turist gəmisi batıb, 13 nəfər ölüb
Nikaraqua sahillərində göyərtəsində Mərkəzi Amerika və ABŞ turistlərinin olduğu  gəmi batıb, nəticədə 13 nəfər ölüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Kosta-Rika vətəndaşlarıdır.
Qəza Karib dənizində, Litl Korn Aylend adasl yaxınlığında baş verib.
 
Gəmini göyərtəsində 32 turist olub, onlardan 19 nəfəri xilas etmək mümkün olub.   
Cia.az