|
Beyonsun yarıçılpaq fotoları

Dünyanın ən məşhur müğənnilərindən biri, pop-musiqinin kraliçası sayılan amerikalı Beyons Fransada istirahətdə olarkən çəkdirdiyi fotoları Tumblr-dakı bloqunda paylaşıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, fotoların əksəriyyəti Beyonsun "ailə şəkilləri" sayılsa da, müğənni bu dəfə bikinidə çəkdirdiyi fotoları da yayıb.

Beyonsun əri, 44 yaşlı reper və prodüser Cey Zi ilə Beyonsun qızı, 2 yaşlı Blyu Ayvinin fotolarını "Həyatımın mənaları" ifadəsi ilə müşayiət edib.