|
“Sara” öldü

Amerikanın Oqaya ştatındakı heyvanxanada dünyanın ən sürətli məməlisi sayılan “Sara” ləqəbli bəbir ölüb.

Cia.az musavat.com-a istinadən xəbər verir ki, Çinçinnati heyvanxanasının rəhbərliyi bəbirin uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.

Buna görədə də rəhbərlik ona zəhərli iynə vurub, yatırtmağa qərar verib. Bəbirin 15 yaşı olub. Ümümiyyətlə isə bəbirlər 10-12 il yaşayır.

“National Geoqraphic” jurnalının versiyasına görə Sara dünyanın ən sürətli məməlisi sayılıb. 2012-ci ildə o, 100 metr məsafəni 5.95 saniyəyə qaçıb. Bu sürət saatda 98.2 km bərabərdir.

Cia.az