|
Halit Ergençdən tərəf müqabili ilə bağlı xəbərlərə cavab

Aktyor Halit Ergençin "Möhtəşəm yüz il"dən sonra yenə də ekranlara tarixi serialla dönəcəyi haqda xəbərlər yayılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ticarət mərkəzlərindən birində görüntülənən aktyor tərəf müqabilinin Cansu Dere olacağı barədə deyilənlərə də cavab verib:
"İndi, sadəcə, ssenariləri oxuyuram. Hələ ki, müqavilə yenilənməyib, tərəf müqabili dəqiqləşməyib. Yaxşı layihə tapana qədər bütün ssenariləri oxuyacağam".

Cia.az