|
Şəhid ailələri və əlillər üçün pulsuz müalicə elan olundu

Milli Məclisə Gəncədən seçilmiş deputatların iştirakı ilə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev 160 nəfərə yaxın şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirilib.

İcra başçısı Gəncədə yeni fəaliyyətə başlayan «Gəncə Beynəlxalq Xəstəxanası»nda hər həftənin 5-ci günləri pul ödənilmədən imtiyazlı ailələrin üzvlərinin müayinə və müalicə olunacağını elan edib.

Qarabağ müharibəsi əlili Elxan Qurbanov ona maddi yardım göstərilməsi üçün müraciət edib. İcra başçısı ona həm maddi yardım göstərilməsi, həm də əlil arabası ilə təmin olunması üçün tapşırıq verib.

Görüşdə edilən müraciətlərin müsbət həlli üçün dərhal tapşırıq verilib, konkret olaraq vaxt müəyyənləşdirilib. Maddi yardım, torpaq məsələsi, eləcə də insanların sağlamlıqları ilə bağlı müraciətlərin dəqiq və operativ həlli üçün qəbulda iştirak edən idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Şəhid ailələri və əlillər üçün pulsuz müalicə elan olundu

Cia.az