|
Taxıl ehtiyatının həcmi son 29 ildə maksimuma çata bilər
Beynəlxalq Taxıl Şurası (IGC) analitiklərinin yenilənmiş proqnozlarına əsasən, 2015/16-ci illər mövsümünün sonunda dünyada taxıl ehtiyatları həcmi son 29 il ərzində ən yüksək səviyyəyə çata bilər.
Taxıl ehtiyatları 455 mln. ton səviyyəsində proqnozlaşdırılır ki, bu da ekspertlərin əvvəlki qiymətləndirməsini 1 mln. ton qabaqlayır və ötən mövsümün göstəricisindən 8 mln. ton artıqdır.
2015/16-cı illər mövsümündə dünyada taxıl istehsalı 1,992 mlrd. ton səviyyəsində gözlənilir ki, bu da IGC-nin əvvəlki qiymətləndirməsindən 4 mln. ton aşağıdır.
Cia.az