|
Bakıda reketlər pul alarkən yaxalandı

Paytaxtda vətəndaşdan hədə-qorxu yolu ilə pul alan şəxslər tutulub.

Cia.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhər sakini Ramil Məmmədovdan reket yolu ilə 5000 manat tələb etmiş Cəlilabad rayon sakinləri Mahir Rzayev və Şamo Cəfərov pulun bir hissəsini Nərimanov rayonu ərazisindəki parkda ondan alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Araşdırma aparılır.

Cia.az