Azərbaycan Yazıçılar Birliyinin (AYB) ədəbi orqanı olan “Ulduz” jurnalının redaksiya heyəti “Bir bənd şeir” müsabiqəsi keçirəcək.
AYB-dən bildirilib ki, müsabiqədə yeni yazılmış və yalnız bir bənddən ibarət (heca) şeir müəllifləri iştirak edə bilər.
Dekabrın 24-dən martın 1–dək keçiriləcək müsabiqədə hər müəllifin yalnız bir şeirlə iştirakı mümkündür.
Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim ediləcək. Müəlliflərin şeir və fotolarını [email protected] ünvanına göndərməsi vacibdir.
Nəticələr beynəlxalq poeziya bayramı ərəfəsində açıqlanacaq.
Cia.az
