|
Azərbaycan Bəhreyndə incəsənət sərgisinə təmsil olunub

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Bəhreyn Krallığında keçirilən tədbir çərçivəsində incəsənət sərgisinin açılışında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərginin açılışında Bəhreynin Baş naziri Xəlifə bin Salman Al Xəlifə çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, incəsənət sərgisi ilbəil tanınan regional və beynəlxalq tədbirə çevrilməkdədir. Hər il artan iştirakçı və ziyarətçi sayı sübut edir ki, bu tədbirə olan maraq artmaqdadır.

Sonra müxtəlif pavilyonlarda 87 rəsm əsərlərinin və incəsənət işlərinin nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Bəhreyn incəsənət sərgisi artıq 42-ci dəfədir təşkil olunur.

Qeyd edək ki, Bəhreyn Krallığında Beynəlxalq Mədəniyyət və İnvestisiya Forumu və incəsənət sərgisində ölkəmizi nazirliyin turizm şöbəsinin aparıcı məsləhətçisi Günel Aslanova təmsil edib.

Cia.az