|
Boşanacağı deyilən məşhur cütlük barışdı -
Müğənni İrem Derici və radio aparıcısı Rza Esendemir barışıb.
Bir neçə gün əvvəl İnstaqramda birgə fotolarını silərək bir-birini izləməni də dayandıran cütlüyün boşanacağı iddia edilmişdi. Eyni evdə yaşasalar da, küsülü olduqları, İremin depressiyaya düşərək yeməkdən imtina etdiyi deyilirdi.

Boşanma xəbərlərinə səssiz qalan ikili dünən barışıqlarını nümayiş etdiriblər. Menecer Özgür Aras Tvitterdə İ.Dericiyə "Mahnılara qulaq asmağa gəlirəm, yeznə manqalı yandırar?" yazıb. Ardıyca İrem ərini də işarələyərək "Gəl, sənin üçün evi də yandıraram" cavabı verib.

Fanatları isə ikilinin boşanma xəbərlərini "reklam" adlandıraraq bunu İremə yaraşdırmadıqlarını bildiriblər.



 
Cia.az