Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Aida” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, səhnə əsərində xalq artisti Əli Əsgərov, əməkdar artistlər Səbinə Vahabzadə, Əkrəm Poladov, Gülnaz İsmayılova ilə yanaşı, Ukraynanın əməkdar artistləri Viktoriya Çenskaya və Dmitri Qrişin, Belaruslu vokalçı, bu ölkənin xalq Artisti Sergey Frankovski də çıxış edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.
Cia.az
