Yanvarın 21-i dünya şöhrətli İspaniya rəqqasəsi Lola Floresin doğum günüdür.
Bu münasibətlə “Google” axtarış sistemi həmin tarixdə əsas səhifəsini bu xanıma həsr edib.
1923-cü ildə doğulan Lola Flores 55 illik fəaliyyəti dövründə flamenko rəqsinin mahir ifaçısı kimi bütün dünyada tanınıb. O, həmçinin 38 filmdə rol alıb. 1995-ci ildə vəfat edən rəqqasənin dəfn mərasimində 150 min nəfər iştirak edib.
Cia.az
