|
Türkiyə kubokunda qrup mərhələsinin 5-ci turunun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 5 qarşılaşma baş tutub. H qrupunun lideri "Fənərbaxça" evdə "Tuzlaspor"u qəbul edib. Rəqibini 1:0 hesabı ilə məğlub edən "sarı-lacivərdli" komanda qrupda keçirdiyi 5-ci görüşünü də qələbə ilə başa vurub. A qrupunun lideri "Başakşəhər" səfərdə "Şanlıurfaspor"dan üstün olub - 3:0. Qrupun digər matçı "Amedspor" - "Bandırmaspor" görüşündə qalib müəyyənləşməyib - 3:3. 21 yanvar
"Amedspor" - "Bandırmaspor" - 3:3 "Şanlıurfaspor" - "Başakşəhər" - 0:3
B qrupu "Boluspor" - "Eskişehirspor" - 0:2
H qrupu "Giresunspor" - "Antalyaspor" - 0:1 "Fənərbaxça" - "Tuzlaspor" - 1:0 Cia.az
|
