|
Nəcməddin Sadıkov NATO danışıqlarında

Bu gün Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Cia.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Qərargah rəisi səfər zamanı NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.

Nəcməddin Sadıkov NATO danışıqlarında

Cia.az