|
Ananas yeyərək gözəlləşin -

Ləzzətlə yediyiniz ananasın həm sağlamlığınıza, həm də gözəlliyinizə olan faydalarından xəbəriniz varmı?

Ananas və ananas suyu ləzzətli olduğu qədər, üstəlik faydalıdır. Çox gözəl qoxar, sərinlədir və yeniləyir. Üstəlik gözəlliyinizə gözəllik qatar. Aile.lent.az ananasın gözəlliyinizə faydalarını təqdim edir.

 

Saç diblərini gücləndirir

Əgər qidalanmanıza ananas əlavə etsəniz, saçların tökülməsi ilə bağlı az narahat olacaqsınız. Müntəzəm olaraq yediyinizdə saç kökləri güclənəcək. Bildirək ki, antioksidan və C vitamini baxımından zəngin olan ananas saçınızın daha elastik və saç tellərinin daha qalın olmasına kömək edir.

 

Diş və diş ətlərini qoruyur

Yüksək C vitamin tərkibi ilə ananasın diş və diş əti üçün faydası danılmazdır. Dilim-dilim ananas yeməlisiniz. Dişləri daha ağ göstərir, diş ərplərinin qarşısını alır.

 

Ölü dəri hüceyrələrindən qurtulmaq üçün faydalıdır

Təzə əzilmiş ananas dəriniz üçün ən yaxşı pilinqdir. Kollagen yeniləyici özəllikləri olduğu üçün ölü dəri hüceyrələrinin təmizlənməzinə, dərinin qan dövranının güclənməsinə və nəticədə dərinin daha sağlam və canlı görünməsinə səbəb olur. Çatlamış ayaq topuqlarına çəkildiyində çox fayda edir.

 

Təzə və nəmli bir dəri

Ananaslı üz maskası yaşlanma təsirlərini azaldır və gənc bir görünüş bəxş edir. Çünki tərkibində dəriyə zərər verən sərbəst radikalları ortadan qaldıran alfa hidroksid turşuları və antioksidanları var.

 

Şişkinliklər və qırışları yox edir

Sızanaqlar, ləkələr və qırışların getməsi üçün ən yaxşı yollardan biri dərinizə ananas suyu sürtməkdir. Vurduqdan sonra 10 dəqiqə gözləyin. Hazırda mövcud olan dəri problemlərini həll etməklə yanaşı, gələcəkdə yarana biləcək qırışların qarşısını alır.

 

Dırnaqları qüvvətləndirir

Quru əllər, çatlamış dırnaqlar və dırnaq ətləri kimi probleminiz var? İstifadə edəcəyiniz ən möcüzəvi meyvə ananasdır. Ananas yemək bədəninizdəki hər hansı bir vitamin əskikliyini həll edəcək və bu da dırnaq və dırnaq ətlərinin sağlığını geri qaytaracaq.

 

Yumşaq dodaqlar

Bir dilim ananası dodaqlarınıza sürtərək, onun turşuluq səviyyəsindən faydalana və dodaqlarınızın ölü dəri təbəqəsindən qurtularaq, daha yumşaq olmasına nail ola bilərsiniz.

 

Qara nöqtələrlə mübarizə aparır

Qara nöqtə probleminiz varsa bir parça, pambığın üzərinə tökdüyünüz ananas suyunu problemli bölgələrinizə sürtün. Bir neçə dəqiqə sonra yuyun.

Cia.az