Alimlər bildirir ki, yuxu ehtiyacını tam ödəmək üçün yaşı nəzərə almaq lazımdır. Belə ki, hər yaş qrupunun yuxu ehtiyacı fərqli olur.
Yaş qruplarına uyğun yuxu müddəti:
- 3 aya kimi körpələr hər gün 14-17 saat yatmalıdır.
Körpənin sağlamlıq vəziyyəti və çəkisi nəzər alınaraq, bu yuxu müddəti 12-18 saat arasında dəyişdirilə bilər.
- 4-11 aylıq körpələr günün 12-15 saatını yuxuda keçirməlidir.
- 1-2 yaş arasındakı uşaqlar 11-14 saat yatmalıdır.
- 3-5 yaş yaşlı uşaqlar üçün ən ideal müddət 10-13 saatdır.
- Məktəbə gedən 6-13 yaş arasındakı uşaqlar günün ən az 9-11 saatını yuxuda keçirməlidir.
- 18 yaşdan başlayaraq 64 yaşa kimi orqanizm üçün 7-9 saatlıq yuxu kifayət edir.
- 65 yaşdan sonra orqanizmin yuxuya olan ehtiyacı daha da azalır. Bu yaşdan sonra 7- 8 saat yatmaq məsləhətdir.
Cia.az
