|
Ötən il Bakı metrosu 222 milyon sərnişin daşıyıb

Ötən il Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 222 mln. nəfərə çatıb.

Bu göstərici ötən il ilə müqayisədə 3% artıb. Ümumilikdə 2015-ci ildə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,7%-i metronun payına düşür.

Cia.az