|
Bakıda daha bir yanğın:
Bakıda restoranlardan birində yanğın hadisəsi baş verib.
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan “Anadolu” restoranının mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü 2 p.m yanıb. Restoran yanğından mühafizə olunub.
 
Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az