ABŞ-ın fond indeksləri dünya üzrə satılan aksiyaların satışında neftin qiymətinin 27 dollara qədər düşməsi ilə və dünya iqtisadiyyatının inkişafına skeptik münasibəti ilə əlaqədar aşağı düşüb.
Bu barədə “Blumberq” məlumat yayıb. "Dou Cons"ın sənaye indeksi 2,5 faizə düşüb, "Standard & Puərs"in ideksi isə 2014-cü ildən minimuma həddə - 3,5 faizə qədər azalıb. 10 illik istiqraz vərəqələrinin gəlirliliyi 2 faizə enib.
"Blakstoun Qrup LP"-nin icraçı direktoru Stiven Şvartsmanın sözlərinə görə, ABŞ iqtisadiyyatında ləngimələrin olması neftin qiymətinin sürətlə ucuzlaşması sənaye indekslərinin qiymətlərinə təsir edib.
Cia.az
