|
Braziliyada təyyarə avtomobilin üstünə düşüb, ölən və yaralananlar var
Braziliyada yüngül motorlu təyyarənin avtomobilin üstünə düşməsi nəticəsində azı 5 nəfər ölüb, daha 5-i xəsarət alıb.
İnsident Londrina şəhərində qeydə alınıb. Məlumata əsasən, hadisə təyyarənin kənd təsərrüfatı işləri ilə məşğul olduğu zaman baş verib. Maşında isə yaxınlıqdakı avtomagistralı təmir edən fəhlələr olub.
Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. 
Cia.az