|
"Hababam Sinifi"nin "Güdük Nəcmi"si xəstəxanaya yerləşdirilib
Halit Akçatepenin səhhətinin hal hazırda yaxşı olduğu bildirilir.
Türk kinosunda saysız filmlərində rol alan, "Hababam Sinifi" komediyasının "Güdük Nəcmi"si Halit Akçatepe səhhətində yaranmış problem səbəbindən xəstəxanaya yerləşdirilib. 
Bu barədə aktyorun qızı sosil şəbəkədə məlumat paylaşıb. Xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyor Halit Akçatepenin beyin damarlarının tıxanması səbəbindən sağ tərəfindən qismən iflic olduğu müəyyən olunub. 
Qızı, uzun müddətdir həkim nəzarətində olan atasının səhhətinin hazırda yaxşı olduğunu bildirib. 
 
Qızı Ebru Bozatlı, atası ilə birgə çəkdirdiyi fotoşəkili paylaşaraq qeyd edib ki, "Hamısı keçdi getdi artıq, çox az qaldı atacan, yenə sevdiklərinin könüllərinə sevinc, gözlərinə işıq saçmaq üçün çox yaxında səhnədə olacaqsan. Ailən, bütün sevdiklərin və səni sevənlər hər zaman yanında. Seni çox sevirik." - deyə aktyorun qızı sosial şəbəkədə yazıb. 
Cia.az