“Müsavat partiyasının 14 dekabr mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciət məktubuna hələ cavab verilməyib”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının başqanı Arif Hacılı deyib.
Onun sözlərinə görə, məktuba cavab verilməsə də mitinq hazırlığı davam edir.
Xatırladaq ki, Müsavat partiyası dekabrın 14-nə mitinq təyin edib. Partiya mitinq üçün məktubda “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunu göstərib.
Partiyanın bu mitinqinin 10 dekabr - Beynəlxalq İnsan Haqları gününə həsr ediləcəyi deyilir.
