|
Moskvada uşaq tapançadan başına atəş açıb
Moskvada travmatik tapançadan təsadüfən başına atəş açan uşaq dünyasını dəyişib.
Bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin Moskva üzrə baş İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yuliya İvanova məlumat verib.
"Yanvarın 20-si axşam Svetloozerski küçəsində yerləşən evlərdən birinin mənzilində silahın diqqətsiz saxlanması nəticəsində 11 yaşlı oğlan travmatik tapançadan təsadüfən başına atəş açıb. Uşaq aldığı yaradan hadisə yerində keçinib", - deyə İvanova bildirib.
 
Onun sözlərinə görə, yoxlama çərçivəsində "göstərilən silahın saxlanmasına görə cavabdeh olan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək".
 
Hazırda hadisə yerində müstəntiqlər işləyirlər.
Cia.az