Nizami Kino Mərkəzi 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar repertuarda bəzi dəyişikliklər edib.
Bu gün Kino Mərkəzində repertuarda olan bütün filmlərin nümayişi dayandırılaraq, Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış hadısələr haqqında rejissor Vahid Mustafaevin çəkdiyi “Qanlı Yanvar” filmi gün ərzində nümayiş olunacaq.
Seansların vaxtı: 12:30, 15:15, 17:00-dur. Giriş pulsuzdur.
Cia.az
