Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, 3-4 günə müvafiq qərar imzalanacaq
"İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq". Bunu maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə nazirinin sözlərinə görə, bu gün İpoteka Fondunun yeni əsaslar üzərində qurulması vacibdir: "İlk növbədə, İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Çünki bu fond bilavasitə bazara da çıxmalıdır ki, vəsait cəlb etsin və bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara bunu təqdim edə bilsin".
Nazir qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur: "Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. Eyni zamanda faiz siyasətinə yenidən baxılması zərurəti yaranıb".
Cia.az
