|
Pakistan qanadlı raketi uğurla sınaqdan keçirib
Pakistan havadan müdafiə sisteminin aşkarlaya bilmədiyi “Ra"ad” (Hatf VIII) tipli  qanadlı raketi uğurla sınaqdan keçirib. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qeyd olunan raket nüvə başlığı daşımaq imkanına malikdir. Raketin hədəf radiusu 350 km təşkil edir.    
“Onun alçaq yüksəklikdə manevr edə bilmə qabiliyyəti müasir raketdən müdafiə sistemlərindən  yayınmağa imkan vermir”, deyə bəyanatda bildirilib.   
Məlumata görə, bu 2007-ci ildən bu vaxtadək sayca 7-ci sınağıdır.  
Cia.az