|
Rusiya Qara dənizə əlavə əsgər və müdafiə sistemi yerləşdirəcək
Rusiya NATO-nun Qara dənizdə fəallaşmasına cavab olaraq, Qara dənizə əlavə  əsgər və müdafiə sistemi yerləşdirəcək.
Bu barədə "Novaya Qazeta"ya Rusiya müdafiə nazirliyindəki mənbədən məlumat verilib. Məlumata  görə, bu addım  NATO-nun regionda hərbi varlığını artırmaq və Ukrayna ordusunu gücləndirmək təşəbbüslərindən qaynaqlanır.
"Novaya Qazeta"nın hərbi mütəxəssisi donanma komandiri Oleq Şvedkov da NATO-nun regionda Rusiyanın Qara dəniz donanmasından daha güclü olduğunu, bölgəyə daha çox döyüş təyyarəsi və raket əleyhinə müdafiə sistemi yerləşdirmək lazım olduğunu deyib. 
Cia.az