Beynəlxalq Hüquq Müdafiə Təşkilatı Amnesty Apple, Samsung və Sony də daxil olmaqlabir çox texnologiya şirkətlərini istehsal etdikləri məhsullarda istifadə edilən mineralların çıxarılmasında uşaq əməyindən istifadə edilib-edilmədiyini yoxlamamaqda ittiham edib.
Şirkətin hazırladığı hesabata görə, kobaltın alındığı Konqo Demokratik Respublikasında həddindən artıq uşaq əməyindən istifadə edilir və bu da nəhəng Çin şirkəti Zhejiang Huayou Cobalt Ltd yə satılır.

Kobalt, litium-ion batareyalarının əsas tərkinb hissəsidir və onun 50% Konqoda çıxarılır. Şirkətin digər bir araşdırmasına görə, məhz kobalt çıxarılması zamanı Cənubi KDR-də 2014-2015-ci illər ərzində 80 insan yerin altında qalaraq dünyasını dəyşib. Həmçinin hesabatda o da, qeyd edilir ki, bu şaxtalarda əməyə cəlb edilən uşaqların ən kiçiyinin 7 yaşı olur.

Cia.az
