|
Loto milyarderindən şok qərar
Amerikada 1,6 milyard dollar qazanan cütlük 528,8 milyon dollar almaqdansa 328 milyon dollarlıq tək ödəməni “sabah üçün heç kəs qarantiya vermir” deyərək götürüb. 
Lotonu qazanan 3 şanslı adamdan biri olan Con və Lisa Robinson 200 milyon dolları geri qaytarıb və 328 milyon dolları nağd alıb. Yaşlı cütlük pulun bir hissəsini ev krediti üçün  xərcləyəcək və yaxınlarına yardım edəcək. 528 milyon dollar həcmindəki lotereyanı cütlük bir neçə il ərzində də ala bilərdi. Lakin onlar pulu bir dəfəyə almağa üstünlük verib.
Cia.az