Aktrisalar Fahriye Evcen və Neslihan Atagülün fanatları sosial mediada bir-birləri ilə mübarizəyə başlayıblar.
Buna səbəb isə Fahriyenin sevgilisi, Neslihanın isə "Kara Sevda"dakı tərəf müqabili aktyor Burak Özçivit olub.
F.Evcenin fanatları Atagülün Özçivitə yaraşmadığını, boyu 168 santimetr olduğu üçün Burakın yanında çox qısa göründüyünü, Fahriyenin isə boyunun daha uyğun olduğunu iddia ediblər.
Neslihanın fanatlari isə, əksinə, Burakın yanına daha çox yaraşdığını müdafiə ediblər.

Cia.az
