|
Azərbaycanda “donuz qripi” yoxdur

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Virtualaz.org saytına bildirilib ki, bu günə qədər “donuz qripi” şübhəsi ilə 80-dən çox insandan qan nümunəsi götürülüb.

Nazirlikdən verilən xəbərə əsasən, qan nümunələrinin nəticələrinə görə Azərbaycanda “donuz qripi”nə yoluxma halı aşkarlanmayıb.

“Donuz qripi” təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb.

Cia.az