Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkədə fəaliyyət göstərən 5-7 bank birləşə bilər.
Virtualaz.org saytı APA-nın məlumatına istinadla xəbər verir ki, E.Rüstəmovun sözlərinə görə, zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq.
Mərkəzi Bankın başçısı zəif bankların birləşməsinin beynəlxalq banklar üçün də əlverişli olduğunu deyib: “Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”.
Cia.az
