|
Acmır, yatmır və xəstələnmir...
İngiltərədə yaşayan 7 yaşlı qızın avtomobil qəzasına düşməsinə baxmayaraq ağrı hiss etməməsi həkimləri təəccübləndirib. 
Olivia Fransort adlı qız 3 gün yatmadan və yorulmadan qala bildiyini, çox vaxt aclıq hiss etmədiyini deyir. Kiçik qızın üzərində araşdırma aparan həkimlər onun hüceyrələrinin adi adamlardan fərqləndiyini deyiblər. Olivianın altıncı xromosomu yoxdur. Bu xromosomun yoxluğu da insanlarda təhlükəyə qarşı qorxusuzluq yaradır. Xəstəliyin müalicəsi hələ ki tapılmayıb. Həkimlər Olivianı “robot qız” adlandırırlar.  Çünki o, qorxunun və təhlükənin nə demək olduğunu bilmir. Bədəni polad qədər dayanıqlıdır və ağrı hiss etmir.
Cia.az