Ailəsinin meşədə gizlənməsindən sonra dünyaya gələn Agafya Lykova adlı qadın 70 il sonra yaşadığı meşədən çıxaraq şəhərə gəlib.
Bütün həyatını meşədə keçirən qadın ayağı ağrıdığı üçün xəstəxanaya aparılıb. Agafyanın ailəsi 1936-cı ildə meşədə gizlənib. Yaşlı qadın meşədə dünyaya gəlib və bu günə qədər orada yaşayıb. O, təcili hallarda polisə xəbər verməsi üçün ona verilən aparatdan istifadə edərək yardım çağırıb. 70 yaşlı qadın -40 dərəcə soyuqda ölməkdən qorxduğu üçün yardım çağırdığını deyib. Vertolyotla xəstəxanaya aparılan qadın İkinci Dünya müharibəsindən xəbərsiz olduğunu deyib. 80 il əvvəl Rusiyadan qaçan ailəsi ilə birlikdə meşədə yaşayan qadın yalnız torpaqda əkilən qidaları yediklərini deyib. 6 nəfərlik ailə ağacdan tikdikləri evdə yaşayıblar. 1988-ci ildə atasını itirdiyi üçün təkbaşına qalıb. Ötən ilin may ayında 77 yaşlı qonşusu və tək dostu geoloq Yerofei Sedovu itirib. Geoloq öldüyü zaman yanlarında heç kim olmadığı üçün onu təkbaşına dəfn etməyə məcbur qalıb. Məlumatlara görə, yaşlı qadın müalicəsi bitdikdən sonra meşədəki evinə qayıdacaq.
Cia.az
