|
Ukrayna XİN: Donbasda vəziyyət gərginləşib

Ukrayna Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar  BMT Təhlükəsizlik Şurasını məlumatlandırıb.   

APA-nın məlumatına görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəliyi bəyan edib.   Ukrayna xarici işlər nazirliyi, öz növbəsində, bildirib ki, münaqişə bölgəsində separatçıların Ukrayna Silahlı Qüvvələrinə qarşı təxribatlarının sayı artmaqdadır. Belə ki, yanvarın 17-də Ukrayna ordusunun mövqeləri 48 dəfə, yanvarın 15-16 da isə, müvafiq olaraq, 40 və 36 dəfə atəşə tutulub.   “Ukrayna Rusiyanın Minsk razılaşmalarına məhəl qoymadığını beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraraq bildirir ki, Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı bölgələrində vəziyyətin gərginləşməsində məsuliyyəti rəsmi Moskva daşıyır”, Ukrayna XİN-in mətbuat xidmətinin yaydığı açıqlamada deyilir. 
Cia.az