|
Xəyanəti bağışladı, dördüncü dəfə barışdılar -

Model Dəniz Akkaya və sevgilisi Murad Varol dördüncü dəfə barışıblar.
Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tez-tez küsüb barışan ikili yenidən bir araya gəliblər. Muradın onu rus qızla aldatdığını öyrənən Dəniz üçüncü dəfə sevgilisindən ayrılmışdı.
Ayrıldıqdan sonra Akkaya "fotoları gördüm, Murad bəy qərarını verib, mənə yoldan çəkilmək düşər" demişdi. Bu gün təkrar barışan cütlük sosial mediadan fotolarını da paylaşıblar.

Cia.az