|
"Liverpul"da yeni müqavilə

"Liverpul" qapıçısı Simon Minyole ilə müqaviləni yeniləyib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, belçikalı qolkiperlə 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, S.Minyole 2013-cü ildən "Liverpul"da çıxış edir.

 
Cia.az